Mobil versiya
Bakı Avtovağzalı iş qrafikini dəyişdi
Tarix: 22-12-2015 | Saat: 15:03
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Bakı Avtovağzalı iş qrafikini dəyişdi
Bu il Yeni il və Həmrəylik Günü münasibəti ilə 5 gün qeyri-iş günü olacaq

Bakı sakinlərinin əksəriyyəti bu günlərdən faydalanaraq bayramları yaxınları, ailələri ilə birgə qeyd etmək üçün şəhərdən kənara çıxacaqlar. Bayram günlərində ən gərgin iş qrafiki isə əhaliyə xidmət göstərən nəqliyyat sektorunun - dəmiryol vağzalı, avtovağzalların üzərinə düşür. Artıq qurumlar bayram qrafikinə keçməyə başlayıblar.

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin anspress-ə verdiyi məlumata görə, bu gündən etibarən avtovağzal iş qrafikində dəyişikliklər edib: "Bayramla əlaqədar xəttə çıxarılan avtobusların sayı artırılacaq. "Nəqliyyat vasitələri yetərli olacaq və heç bir problem yaşanmayacaq. Dekabrın 21-dən yanvarın 5-nə kimi gücləndirilmiş iş rejiminə keçilir. Adi günlərdə 300-350 nəqliyyat vasitəsi, 7500-8500 sərnişin yola salırdıqsa, bayram günlərində 700-ə yaxın nəqliyyat vasitəsi yola çıxacaq. Sərnişin sayının isə 16 mindən artıq olacağı gözlənilir. Qiymətlərə nəzarət üçün 11 nəfərlik qiymət komissiyamız fəaliyyət göstərir. Biletlər on gün qabaqcadan sifariş olunur, eyni zamanda sərnişinlər biletləri onlayn yolla da əldə edə bilərlər. Əlavə olaraq 250-dən artıq nəqliyyat vasitəsinin xəttə buraxılması da nəzərdə tutulur".

İqtisadiyyat və Sənaye Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev nəqliyyat vasitələrində hələlik heç bir qiymət artımının olmadığını bildirib. Onun sözlərinə əsasən, bununla bağlı nazirliyə heç bir şikayət daxil olmayıb və sərnişindaşıma tarifləri ilə bağlı Tarif Şurasında məsələ müzakirə olunmur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə