İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib
Tarix: 29-10-2018 | Saat: 14:14
Bölmə:Karusel / Ölkə | çapa göndər
RİH başçısı İradə Gülməmmədovanın sakinlərlə növbəti səyyar görüşü oktyabrın 25-də Pirəkəşkül kəndində keçirilib. Toplantıda Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlər iştirak ediblər.
Əvvəlçə Abşeron RİH başçısı İradə Gülməmmədova, Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Pirəkəşkül kənd orta məktəbin ərazisində şəhid Elçin Süleymanovun xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidəsi önünə tər çiçəklər düzüb.
Pirəkəşkül kənd orta məktəbinin inzibati binasında baş tutan görüşdə çıxış edən İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, səyyar qəbulların bundan sonra da davam edəcəyini vurğulayıb. Bu görüşlərin məqsədinin ortaya çıxan problemlərlə yerlərdə tanış olmaq, araşdırmaq və onların həlli istiqamətində addımlar atmaq olduğunu bildirən başçı daha sonar Abşeronda son illər həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda 50-yə yaxın bağça və məktəbin tikilərək istifadəyə verildiyini, kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib.
Abşeronun bütün kənd və qəsəbələrində olduğu kimi, Pirəkəşkül kəndində də əhali sayının artdığını, ona görə də müəyyən təlabatların yarandığını, onların da qarşılanması üçün lazimi tədbirlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova kənddə ən vacib məsələlərdən olan su probleminin artıq həll olduğunu söyləyib.
Abşeron RİH başçısının Pirəkeşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elməddin Firidov, Pirəkeşkül bələdiyyəsinin sədri müavini Firdovsi Nəsibov hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində ətraflı məlumat veriblər.
Daha sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin əhəmiyyətini vurğulayıb, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna köməklik etdiyini bildiriblər.
Abşeron rayonunda, eləcə də Pirəkəşkül kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edən sakinlər yeni salınan məhəllələrdə daxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Sonda Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov çıxış edərək, yerlərdə keçirilən bu cür səyyar qəbul və görüşlərin Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keçirildiyini və görüşlərin keçirilməsində məqsədin əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və operativ həllinə köməklik göstərilməsi olduğunu qeyd edib
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər