Mobil versiya
AMTA meyvə-tərəvəz istehsal edən sahibkarların bu sahədəki bilik və bacarıqlarını artıracaq
Tarix: 22-09-2018 | Saat: 17:20
Bölmə:Ölkə | çapa göndər

AMTA meyvə-tərəvəz istehsal edən sahibkarların bu sahədəki bilik və bacarıqlarını artıracaq


Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası( AMTA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Qusar,Quba və Xaçmaz rayonlarında "Regionlarda meyvə-tərəvəz istehsalı sahəsində çalışan kiçik sahibkarların AMTA-ya cəlb olunması , bilik və bacarıqlarının artırılması” layihəsinin icrasına start vermişdir. Layihənin əsas məqsədi Ərzaq təhlükəsizliyinin təmin edilməsinə dəstək ,kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların ekoloji təmiz və rəqabətə davamlı məhsulların yetişdirmək sahəsində maarifləndirmə işinin və fitosanitar qaydalar üzrə təlimlərin təşkili,AMTA –nın regional şəbəkələrin yaranmasına dəstək və kiçik və orta sahibkarların ixraç potensialını genişləndirməkdir.





Layihə çərçivəsində ilk təlim – görüş 21-22 sentyabr 2018 –ci il tarixlərində Qusar rayonunda baş tutmuşdur. Tədbirdə iştirak edən Qusar RİH –nin müavini Zoya Eldarova belə tədbirlərin kecirilməsi rayonun kənd təsərrüfatı sahəsinin inkişafına , kiçik sahibkarların müasir biliklərə və bacarıqlara yiyələnməsi üçün əvəzsiz töhvə olduğunu bildirirək layihənin işinə uğurlar arzuladı. AMTA-nın sədr müavini və layihənin rəhbəri Jalə Əmirbəyova Assosiasiyanın məqsədi, fəaliyyət istiqamətləri haqqında təlim iştirakçılarını məlumatlandırdı. Layihənin Qusar rayonunda 3 istiqamətdə - Meyvə bağları , kartofçuluq və açıq sahədə tərəvəz yetişdirən kiçik sahibkarlar üçün əhəmiyyətini vurğuladı.

Təlimçi ekspert qismində iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin aparıcı məsləhətçisi Anar İbarahimov ixrac edilən məhsullarda fitosanitariya tələblər , digər ekspert İsmayıl İbrahimov Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasının əhəmiyyəti, məqsəd və fəaliyyət istiqamətləri və Agentliyin yerli və xaricə bazarlar satışa çıxarılan məhsullar üçün tələbləri ilə sahibkarları tanış etdi. Meyvə -Tərəvəz üzrə aqronom –mütəxəssis "Modern- Agro" MMC-nin direktoru. AMTA - nın üzvü Eldəniz Doldolov yeni gübrələr, meyvə bağlarına düzgün qulluq , yüksək məhsuldarlıq əldə etmək üçün vacib qaydaları təlim iştirakçılarının diqqətinə çatdırdı. Təlimin sonunda sahibkarların bütün sualları cavablandırıldı .

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024