Mobil versiya
Temperatur 10 dərəcə aşağı düşəcək - Nazirlik xəbərdarlıq edir
Tarix: 24-10-2018 | Saat: 12:52
Bölmə:Ölkə | çapa göndər

Temperatur 10 dərəcə aşağı düşəcək - Nazirlik xəbərdarlıq edir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq edib.

Departamentdən aia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 26-dan 27-si gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 26-dan 27-si gündüzədək hava şəraiti kəskin dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcəyədək aşağı enəcək.

Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, dağlıq ərazilərdə qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin bəzi yerlərdə güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024