Mobil versiya
Saakaşvili: “Putin narahatdırsa, deməli doğru edirik”
Tarix: 20-12-2015 | Saat: 21:04
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər

Saakaşvili: “Putin narahatdırsa, deməli doğru edirik”
Rusiya Prezidenti Vladimir Putin mənim bu ölkədə işləməyimi Ukrayna xalqının üzünə tüpürmək olaraq dəyərləndirdi.

Bu sözləri Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiya Federasiyası Prezidenti Vladimir Putin haqda yazıb.

Saakaşvili öz Feysbuk hesabında Vladimir Putinin nazir Avakovla onun arasında yaşanan konflikti tragikomediya adlandırmasına şərh verib:

“Ötən gün Putin mənim burada çalışmağımı Ukrayna xalqının üzünə tüpürmək kimi qiymətləndirdi. Daha sonra isə ABŞ-ın mənə əmək vizası vermədiyi haqda yanlış iddia ilə çıxış etdi. Ukrayna Prezidenti Pyotr Poroşenkonun dediyi kimi – əgər Putin belə narahatdırsa, deməli, biz doğru yoldayıq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024