Tərtər rayonu tam qazlaşdırıldı
Tarix: 18-10-2018 | Saat: 16:28
Bölmə:Ölkə | çapa göndər
Oktyabrın 18-də Tərtər rayonunun Rəcəbli, Kövdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.
Kəndlərə təbii qazın verilməsi münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov və regional qaz istismar idarəsinin rəisi Azər Musayev sakinləri təbrik edib, həyata keçirilən layihələrdən, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.
Bildirilib ki, 132 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 11 min 594 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqələrinə "mavi yanacaq” verilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər