Mobil versiya
Avtomobil və velosiped oğruları saxlanıldı
Tarix: 13-10-2018 | Saat: 13:07
Bölmə:Cəmiyyət | çapa göndər

Avtomobil və velosiped oğruları saxlanıldı


Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda və oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.



Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Vüqar Niftəliyevin “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.



Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi oktyabrın 11-də saat 22 radələrində Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Alıyevlə birgə saxlanılıb.


Sentyabrın 28-də Nəsimi rayonu H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Çingiz Feyzullayevin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Rövşən Şahnəzərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.



Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən isə sentyabr ayı ərzində rayon ərazisində 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Zaur Hacımuradov və qardaşı İlqar saxlanılıblar.



Faktlarla bağlı araşdırmalar aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024