Mobil versiya
Çinlə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub
Tarix: 10-10-2018 | Saat: 16:21
Bölmə:İqtisadiyyat | çapa göndər

Çinlə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub




İqtisadiyyat naziri Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri Vey Cinhua ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən aia.az-a verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycanda Çinlə əməkdaşlığa böyük önəm verildiyini, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub. Bununla belə ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.

Qeyd olunub ki, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir. Bu ilin sentyabrında Çinin Lucou şəhərində açılmış Azərbaycan Ticarət Evi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, Çində Azərbaycan məhsullarının tanıdılmasına, mədəniyyət və turizm sahəsində əməkdaşlığa töhfə verəcək. Bununla yanaşı, Azərbaycanın xarici ölkədə ilk şərab evi də Çinin Urumçi şəhərində açılıb. Bildirilib ki, Şanxayda da Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur. Bütün bunlar isə Çinlə ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək.

Görüşdə bu ilin 5-10 noyabr tarixlərində Şanxayda keçiriləcək Birinci Beynəlxalq İdxal Sərgisi barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Sərgidə iştirak məqsədi ilə Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək. Sərgidə Azərbaycan kənd təsərrüfatı və qida sənayesi, xidmət sahəsi üzrə 2 stendlə təmsil olunacaq. 300 kv.m sahəni əhatə edəcək pavilyonda Azərbaycanın 30-dan çox şirkətinin məhsul və xidmətlərinin nümayiş olunması nəzərdə tutulur. Səfər çərçivəsində həmçinin, Çin rəsmiləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq.

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının daha da genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Transxəzər nəqliyyat dəhlizinin üstünlükləri barədə məlumat verilib və Çində bu dəhlizin imkanlarının təşviqinin genişləndirilməsinin önəmi qeyd edilib.

Səfir V.Cinhua ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024