Səlim Müslümov Ağdaşda qəbul keçirib
Tarix: 18-12-2015 | Saat: 13:02
Bölmə:İqtisadiyyat / Manşet / Aia TV | çapa göndər
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağdaş rayonunda Ağdaş, Yevlax və Goranboy rayonlarının, Mingəçevir və Naftalan şəhərlərinin sakinlərini fərdi qaydada qəbul edib.
ƏƏSMN-nin mətbuat xidmətindən Aia.az-a verilən məlumata görə, sakinlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və minik avtomobili, reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğuna və müalicəsinə köməklik göstərilməsi, əmək hüquqlarının müdafiəsi məsələləri ilə bağlı müraciət edib.
S.Müslümov müraciətlərinə əsasən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun tibbi-sosial ekspertiza xidməti tərəfindən müəyyən olunması, işaxtaran şəxslərə boş (vakant) iş yerlərinə göndərişlərin verilməsi, ayrı-ayrı şəxslərin bu və ya digər sosial təminat hüquqlarının araşdırılaraq qanunauyğun cavablandırılması və s. barədə tapşırıqlar verib.
Nazir vətəndaşların mənzillə təmin olunmaq üçün etdikləri müraciətlərlə əlaqədar bildirib ki, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri rayon (şəhər) icra hakimiyyətlərindən daxil olmuş siyahılara əsasən növbəlilik əsasında uğurla davam etdirilir: “Son aylarda Yevlax və Goranboy rayonlarında da hər birində 11 fərdi ev olmaqla ümumilikdə 22 fərdi ev, Mingəçevir şəhərində isə tender yolu ilə hazır yaşayış binasından alınaraq təmir etdirilmiş 3 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim edilib. Həmin evlərdə normal yaşayış üçün bütün şəraitin yaradılıb. Hazırda Ağdaş rayonunda bu təbəqələrdən olan insanlar üçün artıq 19 fərdi evin, Naftalan şəhərində isə 1 fərdi evin inşası tamamlanmaq üzrədir və yaxın vaxtlarda istifadəyə veriləcəklər”.
S.Müslümov dünyada iqtisadi böhran proseslərinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda sosial proqramların təxirə salınmayacağını vurğulayıb.
Qəbulda o da bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunan mənzillər yalnız ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Ümumi səbəbdən əlilliyi olan vətəndaşlar isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinə müraciət edə bilərlər.
Nazir qəbul edilən ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq onların əlillik müayinələrini aparılmasını və nəticəsinə uyğun olaraq qərar qəbul edilməsini, əlilliyi olan şəxslərin müalicəsinə köməklik göstərilməsini tapşırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024