Mobil versiya
Nazirlik 16 ağac kəsəni prokurorluğa verdi
Tarix: 05-10-2018 | Saat: 16:34
Bölmə:Ölkə | çapa göndər

Nazirlik 16 ağac kəsəni prokurorluğa verdi




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayon Qaraçaycek bələdiyyə ərazisində yaş köküstə 28-44 sm diametrində 16 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən xəbərə görə, araşdırma zamanı ağacların Xaçmaz rayon Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı E.Həmzəliyev barəsində akt tərtib edillib və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024