Mobil versiya
Bakıda qatar avtobusla TOQQUŞDU - 1 ölü, 20 yaralı var - YENİLƏNİB
Tarix: 01-10-2018 | Saat: 14:46
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakıda qatar avtobusla TOQQUŞDU - 1 ölü, 20 yaralı var - YENİLƏNİB


Bakı Nəqliyyat Agentliyi də sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, bu gün 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindənModern.az-a verilən məlumata görə, hadisə nəticəsində 7 qadın, 10 kişi, 3 uşaq yaralanıb. 1 nəfər ölüb.Hadisə yerinə 10 təcili yardım briqadası cəlb olunub. Yaralılar Sabunçu Xəstəxanasına və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

***
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, bu gün saat 14.35 radələrindəBinə qəsəbəsi ərazisində ağır qəza hadisəsi baş verib. 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır.

***

Xəbər verdiyimiz kimi,Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.

Qəza nəticəsində 9 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılıb. Onlardan 1-i xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.(modern.az)


***

Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Adalet.az unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, içərisi sərnişinlə dolu 160 saylı marşrut xətti hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Ölən və yaralananlar var.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024