Mobil versiya
Bakıda avtomobil parklanması ilə bağlı YENİLİK edilir - Ödəniş nağdsız qaydada olacaq
Tarix: 27-09-2018 | Saat: 12:24
Bölmə:Ölkə | çapa göndər

Bakıda avtomobil parklanması ilə bağlı YENİLİK edilir - Ödəniş nağdsız qaydada olacaq



Bakıda avtomobillərin parklanma haqları nağdsız qaydada həyata keçiriləcək.


Modern.az-ın məlumatına görə, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib.


Sənəddə göstərilib ki, Bakıda parklanmaya görə ödənişləri rəqəmsal formada aparmaq üçün müvafiq infrastrukturun yaradılması nəzərdə tutulub.


O cümlədən mobil tətbiqlərin hazırlanması və istifadəyə verilməsi və bu ödənişlərin nağdsız həyata keçirilməsinin təmin edilməsi nəzərdən keçiriləcək.


Avtomobillərin parklanma haqlarının nağdsız qaydada həyata keçirilməsinin əsas icraçısı Bakı Nəqliyyat Agentliyi olacaq. Digər icraçılar isə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024