"Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş." – uğurlu fəaliyyət formulunun daşıyıcısı
Tarix: 21-09-2018 | Saat: 14:23
Bölmə:Manşet / Ölkə | çapa göndər
Şirkətin 2007-ci ildən etibarən ölkəmizdə fəaliyyət göstərən filialı indiyədək kifayət qədər böyük nailiyyətlərə imza atmışdır
Son illər istər paytaxt Bakıda, istərsə də rayon və bölgələrimizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir. Görülən məqsədyönlü işlər nəticəsində infrastrukturun ayrı-ayrı elementləri yüksək keyfiyyətlə təmir və bərpa olunur, bütöv komplekslər tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, eyni zamanda ölkəmizin iqtisadi qüdrətinin də göstəricisi kimi də çıxış edir. Danılmaz həqiqətdir ki, Azərbaycan bu gün Avrasiya məkanında dinamik inkişaf edən lider dövlətdir. Eyni zamanda da ölkəmiz iki qitə arasında mühüm geo-siyasi və ən əlverişli coğrafi mövqeyə sahib olan nəqliyyat mərkəzidir.
Bütün bu göstəricilər və ən əsası da Azərbaycanda artıq uzun müddətdən bəri bərqərar olmuş siyasi və ictimai sabitlik, davamlı iqtisadi inkişaf ölkəmizi təbii ki, xarici investorlar və iş adamları üçün də maraqlı və cəlbedici edir. Bu gün Azərbaycanda uğurla fəaliyyət göstərən xarici şirkətlərdən biri də "Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş." şirkətidir.
"Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş."nin Azərbaycan Respublikasındakı filialı 2007-ci ildən etibarən ölkəmizdə fəaliyyət göstərir. Şirkət əsasən yol tikintisi və təmiri, eyni zamanda su və kanalizasiya xətlərinin tikintisi layihələrini həyata keçirir. Mərkəzi Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən şirkət 1975-ci ildə təsis edilmişdir. Azərbaycanla yanaşı şirkət Gürcüstan, Qazaxstan, Qatar, Mərakeş və bir çox başqa ölkələrdə də fəaliyyət göstərir.
Hal-hazırda Azərbaycanın aparıcı yol inşaatı şirrkətlərindən biri olan "Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş."nin Azərbaycan Respublikasındakı filialı öz fəaliyyəti dövründə "Ucar-Yevlax avtomobil yolunun yenidən qurulması", "Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması", "Hacıqabul-Kürdəmir avtomobil yolunun 4 zolağa genişləndirilməsi", "Şəki-Qax avtomobil yolunun yenidən qurulması", "Oğuz-Qəbələ avtomobil yolunun yenidən qurulması" layihələrini müvəffəqiyyətlə sona çatdırmışdır. Eyni zamanda şirkət "Mehdiabad qəsəbəsinin su və kanalizasiya sisteminin yenidən qurulması" və "Digah qəsəbəsinin su və kanalizasiya sisteminin yenidən qurulması" layihələrini də müvəffəqiyyətlə sona çatdırmışdır.
Şirkətin uğurla başa çatdırdığı ən son layihələr kimi isə, "Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi", "Masallı-Astara avtomobil yolunun 4 zolağa genişləndirilməsi" və "Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması" layihələrini göstərmək olar.
Son illərdə respublikamızın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla
icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeni inşa edilən yollardan biri də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Artıq xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib. yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Yolun tikintisinə cəlb olunmuş podratçı şirkətlərdən biri də “Polad Yol Yapı Sənaye və Ticarət” şirkəti olub.
Birmənalı olaraq demək olar ki, “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.”-nin təsis olunduğu 1975-ci il tarixindən etibarən bu günə qədər əldə etdiyi informasiya toplusu və təcrübələr, yaratdığı təşkilat mədəniyyəti və əlində saxladığı dəyərləri, maliyyə və texniki infrastrukturu milli bazardakı mövqeyini beynəlxalq səhnəyə daşımasını və dünya miqyasında üstünlük verilən firma olmaq yolunda sürətlə irəliləməsini təmin etmişdir. Təcrübəli idarəetmə heyəti və bütün işçiləri, mexanizm parkı, güclü maliyyə strukturu, ən yeni informasiya texnologiyaları və inşaat texnikalarından istifadə etmək bacarığı, standartlara əsaslanan, keyfiyyət, ətraf mühit, təhlükəsizlik konsepsiyasında insan və təbiət faktorlarını önə çəkməklə müəyyənləşdirilən fəaliyyət istiqaməti şirkətin uğurlarının əsasını təşkil edir.
aia.az
Elxan Əsədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər