Mobil versiya
Qadının çantasından yarım kilo heroin çıxdı
Tarix: 19-09-2018 | Saat: 11:21
Bölmə:Cəmiyyət | çapa göndər

Qadının çantasından yarım kilo heroin çıxdı


Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə İran İslam Respublikası vətəndaşı Mahdioghli Roghayeh Hasan qızının Azərbaycan ərazisinə narkotik vasitə gətirməsi barədə əməliyyat məlumatı daxil olub.

BakuPost xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun gömrük nəzarət zonasında vətəndaşın üzərinə və əl yüklərinə baxış keçirilib.

Baxış zamanı, vətəndaşa məxsus içərisində şəxsi əşyalar olan yük çantasında, 1 ədəd sellofan torbanın içərisində müxtəlif rəngli şarlara bükülmüş 10 ədəd yumru formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində açıq qəhvəyi rəngli, ümümi çəkisi 555 qram olan narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024