Mobil versiya
İlham Əliyev Biləsuvarda açılış etdi - YENİLƏNİB
Tarix: 18-09-2018 | Saat: 13:50
Bölmə:Manşet / Ölkə | çapa göndər

İlham Əliyev Biləsuvarda açılış etdi - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonuna səfərə gəlib.

Modern.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında aparılan abadlıq işləri və rayonda icra olunan layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.


İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5287 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2020
19-10-2020