Mobil versiya
Bakıda Çinə qarşı etiraz aksiyası (VİDEO)
Tarix: 01-07-2015 | Saat: 19:39
Bölmə:Gündəm / Seçilənlər-3 / Karusel | çapa göndər

Bakıda Çinə qarşı etiraz aksiyası (VİDEO)
Bəyanat səfirliyin nümayəndəsinə təqdim olunduqdan sonra piket başa çatıb.
Çinin Bakıdakı səfirliyinin binası qarşısnda aksiya keçirilib. Təxminən 70-ə yaxın gənc Çində yaşayan Uyğur türklərinə qarşı aparılan siyasətə qarşı etirazlarını bildiriblər.

ANS TV-nin məlmatına görə, Milliyyətçi Gənclər Təşkilatı üzvləri səfirliyin önündə müxtəlif şüarlar yazılmış plakatlar qaldırıblar.

Polis dinc aksiyaya müdaxilə etməyib. Sadəcə yolun hərəkət hissəsini boşalmağı tələb edib. Sonra aksiyanın bəyanatı oxunub. Bəyanat səfirliyin nümayəndəsinə təqdim olunduqdan sonra piket başa çatıb.

Aksiyanin etiraz bəyanatinda uyğurlara qarşı təqib və təyziqlərin aradan qaldırılması, onların haqlarının tanınması rəsmi Pekindən tələb olunur.

“Son zamanlar Çində etnik zəmində Uyğur türklərinə qarşı şovinist siyasət yürüdülür. Çində yaşayan Uyğur türkləri təqib və təyziqlər məruz qalırlar. Hətta yüzlərlə Uyğur türkü siyasi baxışlarına görə öldürülür. Bundan başqa onların haqları kobud bir şəkildə tapdalanır. Biz Milliyyətçi Gənclər Təşkilatı olaraq Uyğur türklərinə qarşı aparılan yanlış siyasətə, təqiblər son qoyulmasını tələb edirik”, – deyə aksiya iştirakçısı Müşfiq Vəliyev bildirib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024