Mobil versiya
“Bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər” - Parlamentdə ETİRAZ
Tarix: 12-09-2018 | Saat: 12:10
Bölmə:Karusel / Ölkə | çapa göndər

“Bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər” - Parlamentdə ETİRAZ


Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Modern.az xəbər verir ki, müzakirələr zamanı deputatlar qanunsuz ağac kəsilməsinə qarşı ciddi etirazlarını bildiriblər. Komitə sədri Eldar İbrahimov bildirib ki, bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər.

O qeyd edib ki, ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur.

Daha sonra deputatlar ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsini təklif ediblər.
Deputat Hüseynbala Mirələmov deyib ki, yaşıllıqları qorumaq lazımdır, ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır. O qeyd edib ki, ağacların kəsilməsi çox böyük bəladır:

“Avropada və digər ölkələrdə bir kəpənəyin öldürülməsinə görə heç kəsi bağışlamırlar, onlara ən ağır cəzanı verirlər. Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Gələcəkdə qanunvericilikdə dəyişiklik edilməlidir, cəzalar sərtləşdirilməlidir. Bir budağı qırana da ən ağır cəza verilməlidir”.

Deputat Cavanşir Paşazadə də bildirib ki, cəzaların sərtləşdirilməsi ağacların kəsilməsinin qarşısını ala bilər, bundan əlavə, maarifləndirmə işləri də aparılamalıdır.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024