Mobil versiya
Bal yarmarkasının keçiriləcəyi yer dəyişdirildi
Tarix: 12-09-2018 | Saat: 09:53
Bölmə:Ölkə | çapa göndər

Bal yarmarkasının keçiriləcəyi yer dəyişdirildi


Kənd Təsərrüfatı Nazirliyi arıçıların çoxsaylı müraciətlərini nəzərə alaraq arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının keçirilmə tarixini və məkanını dəyişib.

Bu haqda aia.az-a nazirlikdən bildirilib.



"Arıçılıq haqqında" qanuna uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək. Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq.



Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.



Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.



· Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr

· Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr

· Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr

· Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr

· Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr

· Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr

· Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr

· Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr



Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə