Mobil versiya
Sərnişinlərə rəsmi XƏBƏRDARLIQ
Tarix: 11-09-2018 | Saat: 15:32
Bölmə:Manşet / Ölkə | çapa göndər

Sərnişinlərə rəsmi XƏBƏRDARLIQ


Şəhərlərarası istiqamətdə sərnişin daşımalarının avtovağzallardan kənar həyata keçirilməsi qeyri-qanunidir.

Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəzarəti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəi Nuridə Allahyarova bildirib.



N.Allayarova qeyd edib ki, dövlət nəzarəti ilə təmin olunan, avtonəqliyyat vasitəsi hər gün texniki baxışdan və sürücüsü tibbi müayinədən keçən müntəzəm marşrut xətlərindən fərqli olaraq qeyri-qanuni daşımalarda qəza ehtimali yüksək olur:



“Sərnişinlərə xidmət göstərən, müntəzəm marşrut xətləri üzrə müəyyən edilən avtonəqliyyat vasitələri avtovağzallardan və avtostansiyalardan hərəkət edir.



Sərnişinlərimizə müraciət edərək bildiririk ki, həyatları üçün təhlükəli olan, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmayan, sürücülərini reysqabağı tibbi müayinədən keçirməyən qanunsuz daşıyıcıların "xidmətləri"ndən istifadə etməsinlər! Belə hallarla rastlaşdıqları zaman, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 012 566 52 58 şəhər nömrəsi ilə, səhifəmizin admin və redaktorları ilə və ya həmin daşıyıcılarla bağlı tədbirlərin görülməsinə dair səlahiyyətli qurumların qaynar xətləri ilə əlaqə saxlasınlar!”



DANX rəsmisi qeyd edib ki, qurum da öz növbəsində vətəndaşlardan daxil olan şikayətləri aidiyyatı üzrə yönəldəcək və bu kimi halların qarşısının alınması üçün tədbirlər görülməsinə dəstək olacaq.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024