Mobil versiya
Bakı Nəqliyyat Agentliyi 6 marşrutu müsabiqəyə çıxardı - SİYAHI
Tarix: 10-09-2018 | Saat: 12:03
Bölmə:Ölkə | çapa göndər

Bakı Nəqliyyat Agentliyi 6 marşrutu müsabiqəyə çıxardı - SİYAHI


Bakı Nəqliyyat Agentliyi (BNA) daha 6 marşrut xəttini müsabiqəyə çıxarıb. BNA-nın mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, bunlar 1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləridir.

M.Ağayevin bildirdiyinə görə, daxil olan vətəndaşların müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib:

"Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər”.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024