Ölkəyə gətirilən kartof BAHALAŞDI: “Sevindirici addımdır”
Tarix: 05-09-2018 | Saat: 15:21
Bölmə:Karusel / Ölkə | çapa göndər
Nazirlər Kabinetinin qərarı ilə ölkəyə idxal edilən təzə kartofun tarif dərəcəsi iki dəfə artırılaraq 15%-dən 30%-ə çatdırılıb. Bu məhdudiyyət qısa müddəti - oktyabrın 31-ə qədər olan dövrü əhatə edir.
Bu barədə Modern.az-a danışan ekspert Nicat Nəsirli bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına dəstək verməkdir:
“Məlumatlara görə, artıq bu gündən İran istiqamətində ölkəyə kartof idxalına məhdudiyyət qoyulub. Bu, sevindirici addımdır, çünki, bu il kartof sahələrində məhsuldarlıq yüksək olub, fermerlər məhsullarının satılmasında əziyyət çəkirdilər. Dövlət bu durğunluğa adekvat reaksiya verərək istehsal-satış prosesini canlandırmağa çalışır.
Təqvimə əsasən, yazlıq kartof aprel-may ayları (“mayovka” adlandırılır) çıxarılır, mövsümi amillərə görə, satışında ciddi problem yaranmır. Əsas problem may-iyun aylarında yığılan məhsulla bağlıdır, iqlim amillərinə görə, bütün regionlarda eyni vaxtda yetişdiyi üçün, üstəgəl, isti aylarda “ikinci çörək”ə təlabat aşağı düşdüyü üçün satış zəifləyir, saxlama gücü olmadığına görə fermerlər məhsullarını ümidini satışa bağlayır. Qısamüddətli bu qərar təbii ki, yerli kartofun satışına, təkrar istehsalına müsbət təsir göstərəcək. Şübhəsiz ki, idxalın məhdudlaşdırılması fonunda yaxın iki ay ərzində vəziyyət xeyli dəyişəcək. Lakin kartofa təlabat daha çox soyuq aylarda artdığı üçün oktyabrdan sonrakı dövrdə idxal kartofu yenidən bazarlarımıza ayaq açacaq”.
N.Nəsirlinin sözlərinə görə, adətən, dekabr ayından etibarən əhalinin tələbatı ilə yanaşı, qiymət də qalxmağa başlayır:
“Hazırda məhsulun sahədə topdansatış qiyməti 0.23-0.28 qəpik, iri topdansatış bazarlarında bir kiloqramı 0.45-0.55 qəpik arasında dəyişir. Əhalinin seçimində favorit isə Tovuzdan gətirilən kartofdur”.
Ekspert deyib ki, bu addım ölkənin ümumilikdə kartof idxalından asılılığını təkzib edə bilməz:
“Rəqəmlər görə, “ikinci çörək”ə ölkənin illik təlabatı 985 min tondur. Ötən il 58 min 772 min hektarda əkin aparılıb, 882 min tonməhsul tədarük olunub. Statistikaya görə, təlabatla istehsal arasında olan fərq 103 min tondur. Lakin reallıqda ölkəyə payız-qış mövsümündə 160 min tona qədər kartof gətirilir ( dəyər hesabı ilə). Bu ölkə təlabatının 16%-i təşkil edir. Üstəgəl, kartof ixracımız idxaldan azdır: ötən il 58 min tona qədər kartof ixrac etmiş, əvəzində 160 min ton almışıq. Əsas kartof idxal etdiyimiz ölkələr İran, Rusiya, Gürcüstan və Türkiyədir. İstehsal həcminə, coğrafi yaxınlığına görə, İran bu il kartof bazarımızın favoriti olacaq.
Ölkənin kartof bazarındakı idxaldan asılılıq faktorunu aradan qaldırmaq üçün saxlama imkanlarının - soyuducu anbar komplekslərinin inkişaf etdirilməsi son dərəcə vacibdir. Saxlama imkanı olmadığı üçün məhsulu torpaqdan çıxan kimi satıb sonra qonşudan almaq məcburiyyətində qalırıq. Ölkədə kartof saxlamaq üçün ixtisaslaşmış anbar kompleksi çox azdır.
İkinci ən ciddi problem ölkədə kartof toxumunun yetərincə olmamasıdır. Kartof toxumu Rusiya, Ukrayna, Polşadan gətirilir ki, bu da məhsulun maya dəyərinə ciddi təsir göstərir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
18:02 “Qarabağ Azərbaycandır!”