Mobil versiya
Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək
Tarix: 03-09-2018 | Saat: 15:54
Bölmə:Təhsil | çapa göndər

Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək



Ölkəmiz bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.

Bu barədə Rabit, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyindən aia.az-a məlumat verilib.

Bildirilib ki, gələn il isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə ilk dəfə təşkil ediləcək yarış ADA Universitetində keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin və “Azercell” şirkətinin dəstəyi ilə komandamız Bakıda - Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Respublikada Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində uzunmüddətli hazırlıq və məşq prosesindən keçiblər. Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir. Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq. Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən yaxşı 5 elm olimpiadalarından hesab olunur. Azərbaycan 1994-cü ildən bu yarışların iştirakçısıdır. Məlumat üçün qeyd edək ki, bu günə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024