Mobil versiya
Elmar Vəliyevin köməkçisi də işdən çıxarıldı
Tarix: 03-09-2018 | Saat: 11:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Elmar Vəliyevin köməkçisi də işdən çıxarıldı


Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Elmar Vəliyevin köməkçisini tutduğu vəzifəsindən azad edib.

aia.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Niyazi Bayramovun müvafiq əmrinə əsasən Hacızadə Tural Yaşar oğlu icra başçısının köməkçisi vəzifəsindən azad edilərək, onu İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilib.

N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.

Sözügedən xəbəri Gəncə Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl də Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024