Eldar Əzizov Bakıya yeni ənənə gətirir - Eyvanlardan paltar asmaq qadağan edildi
Tarix: 31-08-2018 | Saat: 14:40
Bölmə:Manşet / Ölkə | çapa göndər
Bakı şəhər İcra Hakimiyyəti Bakı ərazisində küçə və prospektlərə baxan binalarda mənzillərin eyvanından paltar asmağı və qurutmağı qadağan edib.
aia.az xəbər verir ki, bu haqda musavat.com-a sakinlərdən məlumat daxil olub. Hazırda bu iş üzrə rayon icra hakimiyyətlərinə tapşırıq verilib. Mənzil sahiblərindən tələb olunur ki, küçə və prospektlərə baxan eyvanlardan paltar asılmasın.
Məlumatda həmçinin bildirilir ki, bu qadağa Bakının bütün rayonlarına şamil olunacaq. Hazırda Mənzil İstismar İdarələri(MİS) və Mənzil Təsərrüfat Birliyi (MTB) işçiləri binalarda bu işlə bağlı reyd keçirirlər. Sakinlərdən tələb olunur ki, iki eyvanlı evə sahib olanlar paltarlarını küçəyə yox, həyətə baxan eyvandan assınlar. Həyətlərə baxan eyvanı olmayanların isə eyvanda quruducu asılqanlardan istifadə etməsi tələb olunur.
Xatırladır ki, bu ilin iyun ayında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon sakinlərindən eyvanlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb etmiş və bu, cəmiyyətdə birmənalı qarşılanmamışdı.
Qeyd edək ki, eyvana paltar asmaq qadağası ilk dəfə bir neçə il əvvəl Naxçıvanda tətbiq olunub. Daha sonra isə bir neçə ay Sumqayıt şəhərində də bu cür qadağalar tətbiq edilib. İndi isə Bakıda bu cür qadağanın qoyulmasına başlanıb.
2015-ci ildə də paytaxtda bu hadisə yaşanmışdı. Bakının mərkəzi küçələrində yaşayış binalarının divarlarına elanlar vurulmuş, bu elanlarda binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulmasının, paltar asılmasının qadağan edildiyi bildirilmişdi. Həmin vaxt mənzillərə bir-bir gedilərək onların sahiblərinə xəbərdarlıq da edilirdi. Bu, həmin vaxt paytaxtda keçirilən Avropa Oyunlarına görə həyata keçirilən bir prosedur kimi təqdim edilirdi.
Onu da bildirək ki, bu qərar Bakı şəhər icra başçısı vəzifəsini müvəqqəti yerinə yetirən Eldar Əzizova məxsusdur. E.Əzizov Gəncə şəhər icra başçısı vəzifəsinə gələndə də ilk qərarlarından biri binaların prospektlərə baxan mənzillərindən zivələrin yığışdırılması olmuşdu. Eyni qərarı Sumqayıt icra başçısı olanda da sözügedən şəhərdə tətbiq etmişdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
18:02 “Qarabağ Azərbaycandır!”