Mobil versiya
Bakı xanlarının sarayı bərpa olunacaq
Tarix: 31-08-2018 | Saat: 10:45
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakı xanlarının sarayı bərpa olunacaq


İçərişəhərdə XVII-XVIII əsrlərə aid xan sarayı bərpa ediləcək.

Trend-in məlumatına görə, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən qədim tarixi tikilinin yenidən qurulması, ətrafının abadlaşdırılması və texniki ləvazimatların təchizatı işlərinin satın alınması üçün təkliflər sorğusu elan edilib.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər sentyabrın 10-u saat 12:00-dək qəbul olunur.

Bakı xanlarının evi Böyük Qala küçəsi 44, 46, 48 və 50 ünvanlarında yerləşir və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır.

Şirvanşahlar dövlətinin süqutundan sonra XVII əsrdə Azərbaycan ərazisində yaranan xanlıqlar dövründə Bakı xanları Şamaxı qapısının sol tərəfindəki ərazidə yerləşən sarayda yaşayıblar. 1806-cı ildə rusların Bakını işğal etməsindən sonra xan sarayında rus hərbi qarnizonu yerləşdirilib. Post-sovet dövründə isə bu ərazidə hərbi polis idarəsi yerləşirdi.

Vaxtilə bu ərazidə hovuzlu gül-çiçəkli bağça var imiş. Bu əzəmətli saraydan hazırda sadəcə giriş portalı və bərpa olunmuş kiçik məscid salamat qalıb. Xan sarayının ərazisində qala divarlarının dibində yeraltı hamam hələ də torpaq altında durur. Son orta əsrlərdə Bakı şəhərinin qala divarlarından kənarda da xan bağı və xan sarayı mövcud imiş.

1985-1986-cı illərdə Bakı xan sarayının ərazisinin bir hissəsində arxeoloji qazıntılar aparılıb. Buradan külli miqdarda maddi-mədəniyyət nümunələri ilə yanaşı, su-kəhriz sistemi və yeraltı memarlıq tikililəri də aşkar olunub.

Bakı xanlarının sarayında aşağıdakı xanlar yaşayıblar:

1747-1765 – I Mirzə Məhəmməd xan (Dərgahqulu xanın oğlu);
1765-1784 – Məlik Məhəmməd xan (I Mirzə Məhəmməd xanın oğlu);
1784-1791 – II Mirzə Məhəmməd xan (Məlik Məhəmməd xanın oğlu);
1791-1792 – Məhəmməd Qulu xan (I Mirzə Məhəmməd xanın oğlu);
1792-1806 – Hüseyn Qulu xan (Hacı Əliqulu Ağa xanın oğlu).

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024