Mobil versiya
Büdcə fondlarının daxilolmaları 15 dəfə artıb
Tarix: 30-08-2018 | Saat: 16:18
Bölmə:İqtisadiyyat | çapa göndər

Büdcə fondlarının daxilolmaları 15 dəfə artıb


Fiziki şəxslərin gəlir vergisinin kəsirlə icra edilməsi orta aylıq gəlirlərin və əmək haqqı səviyyəsinin artımı fonunda müşahidə edilib. Bu vergi növünün tərkibində yalnız büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə etdikləri gəlirlərindən gəlir vergisi üzrə proqnoz göstəricilərinə nail olunmuş 112,0% səviyyəsində icra edilib.



Hesablama Palatasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Əlavə Dəyər Vergisinin tərkibində hesabat dövrü üçün proqnozlaşdırılmış məbləğ yalnız Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə ƏDV üzrə artıqlaması ilə icra edilib. Digər istiqamətlər üzrə proqnoz göstəricilərinə nail olunmayıb.



2018-ci ilin birinci yarımilliyində 2017-ci ilin eyni dövrü ilə müqayisədə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 24357,4 min manat və ya 22,3%, məqsədli büdcə fondlarının daxilolmaları 43195,1 min manat və ya 15,0 dəfə artıb, sair daxilolmalar isə 21194,3 min manat və ya 59,0% azalıb.

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalarla bağlı 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz 0,3% səviyyəsində icra olunub.



2018-ci ilin birinci yarımillində 2017-ci ilin həmin dövrü ilə müqayisədə 1495 sayda və 33,3% çox satınalma keçirilmiş, icra edilmiş vəsaitin məbləği isə 638,4 mln. manat və ya 27,5% çox olub.



Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən 31.12.2017-ci il tarixi ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləğində artım olmuş, ötən ilin sonuna mövcud olan borc 32,9% artmışdır. Debitor borclarda hesabat dövründə müşahidə edilən artım məbləği müvafiq dövrdə icra edilmiş büdcə xərclərinin 7,3%-nə bərabərdir.

Hesablama Palatasına təqdim edilmiş hesabatlara əsasən 31.12.2017-ci il tarixi ilə müqayisədə cari ilin 6 ayı ərzində debitor borcların məbləğində artım olmuş, ötən ilin sonuna mövcud olan borc 32,9% artıb.



Özəlləşdirilmədən daxilolmalar üzrə vaxtı çatmış (hesablanmış), lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıqlar 01.01.2018-ci il tarixə 16531,9 min manat olmuş, 01.07.2018-ci il tarixə isə ilin əvvəli ilə müqayisədə 10636,3 min manat artaraq 27168,2 min manat təşkil edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024