Bakı əhalisinin sayı açıqlandı: Qadınlar kişilərdən çoxdur
Tarix: 30-08-2018 | Saat: 15:24
Bölmə:Manşet / Ölkə | çapa göndər
İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq iyul ayının 1-nə 2 milyon 269,7 min nəfərə çatıb.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 1060 nəfər olub.
Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 min 570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13 təşkil edir. Doğulan körpələrin 156 nəfəri əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 oğlan düşür.
Cari ilin birinci yarısında Bakıda 6 min 808 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub. Yanvar-iyun ayları ərzində qeydiyyat şöbələri tərəfindən 6 min 960 nikah və 2 min 374 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6-dan 6,2-yə yüksəlib, boşanmaların sayı isə 2,2-dən 2,1-ə qədər enib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər