Mobil versiya
“Avro-2016”nın püşkü atıldı
Tarix: 13-12-2015 | Saat: 08:33
Bölmə:İdman / Aia TV / Karusel | çapa göndər


Futbol üzrə 2016-cı ildəFransada keçiriləcək Avropa Çempionatının püşkatma mərasimi başa çatdı.
Aia.az-in məlumatına görə, azərbaycanlı futbol sevərlərin azərkeşlik etdiyi Türkiyə mıllisi D qrupunda mübarizə aparacaq.
Türklər bu qrupda İspaniya, Çexiya və Xorvatiya yığmaları ilə mübarizə aparacaq. Şimal qonşumuz Rusiya millisi B qrupunda İngiltərə, Uels və Slovakya ilə münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycanda kifayət qədər azərkeş kütləsi olan Ukraya millisi C qrupunda Almanya, Şimali İrlandiya və Polşa ilə qarşılaşacaq.



Parisdə baş verən terror hadisəsi ilə əlaqədar tədbirin təhlükəsizliyi yüksək səviyədə olub. İyunun 10-dan iyulun 10-dək davam edəcək yarışın 24 iştirakçısı püşkatmada 6 qrupa bölünüb.

Başa çatan püşkatmadan sonra qrupların tərkibi belə olub:

A qrupu
Fransa
Rumıniya
Albaniya
İsveçrə


B qrupu
İngiltərə
Rusiya
Uels
Slovakiya


C qrupu
Almaniya
Ukrayna
Şimali İrlandiya
Polşa


D qrupu
İspaniya
Türkiyə
Çexiya
Xorvatiya

E qrupu
Belçika
İtaliya
İrlandiya
İsveç

F qrupu
Portuqaliya
İslandiya
Avstriya
Macarıstan




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024