Mobil versiya
Zeynal Əhmdov “Qazaxı özəlləşdirir”
Tarix: 29-08-2018 | Saat: 12:41
Bölmə:Manşet / Ölkə | çapa göndər

Zeynal Əhmdov “Qazaxı özəlləşdirir”


"SOCAR Petroleum” QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun böyük biznes şəbəkəsinə malik olması haqqında iddialar təkzib edilmədiyi üçün bu məlumatı həqiqət kimi qəbul etmək olar. Məsələn, Zeynal Əhmədovun biznes şəbəkəsində yanacaq doldurma stansiyaları önəmli rol oynayır. Onların arasında Qazaxdakı "Avey” yanacaqdoldurma stansiyası da var. İki il bundan əvvəl yayılan bir məlumatda isə Zeynal Əhmədovun Qazaxda yerləşən "Qərb qapısı” adlı restoranı 500 min manata İsmayıl adlı bir vətəndaşdan aldığı iddia olunurdu. Həmçiin bu restoranın Zeynal Əhmədovun iaşə biznesində ilk iş olmadığı, bundan əvvəl Ağstafada "Orxan” şadlıq sarayının şəriklərindən biri olduğu da yayılan məlumatda yer almışdı.

Qazax rayonun mərkəzi küçələrindən hesab olunan S.Arıxov küçəsindəki obyektinin birini qeyri-kommersiya statuslu maliyyə təşkilatı olan "Finca-Azərbaycan”-a icarəyə verib. Çox maraqlıdr ki, bütün dünyada "kasıblar üçün bank” kimi tanınan "Finca” Qazaxda ən böyük xeyiri yerli oliqarx Zeynal Əhmədova verir. Bu oyekt üçün "Finca-Azərbaycan” ın Zeynal Əhmədova nə qədər icarə haqqı ödədiyinə aydınlıq gətirməyə çalışacağıq. Qazaxın S.Arıxov küçəsində 4 mərtəbəli bunada yerləşən "Cəmalə” klinikasının da oliqarx Zeynal Əhmədova məxsus olduğu yayılan məlumatlar arasında yer alıb. Zeynal Əhmədovun "Lombard” şəbəkəsinə malik olduğu da iddialar arasında yer alıb. Belə zəngin sərvətə sahib olan birinin Qazax rayon Məhkəməsinin yanındakı böyük villası isə heç kimi təəccübləndirmir. Ancaq onun Nazirlər Kabinetinin qərarı ilə Qazax Bələdiyyəsinə vətəndaşlara həyətyanı sahə verilməsi üçün ayrılmış 604 hektar torpaq sahəsinin bir hektarını alması haqqında məlumatlar hər kəsi təəccübləndirir və qəzəbləndirir. Çünki, bəzi vətəndaşlar ev tikmək üçün 8 sot həyətyanı sahə ala bilmədiyi halda, Zeynal Əhmədovun bir hektar torpaq alması həqiqətən də narahatedicidir. Bu məlumatla bağlı Qazax bələdiyyəsinin sədri Tofiq Orucovun fikirlərini öyrəndik. Bələdiyyə sədri heç kimə bir hektar torpaq satmadıqlarını, ancaq istənilən şəxsin ayrı-ayrı şəxslərin adına böyük torpaq sahəsi ala biləcəyini də istisna etmədi. Zeynal Əhmdovun belə işlərinə görə qazaxlılar onun haqqında deyirlər ki "Zeynal Qazaxı özəlləşdirir”. Əlbətdə bu məsələlər məmurların vasitəsilə həyata keçirilir. İddialara görə, Zeynal Əhmədovun aldığı bir hektar torpaq sahəsində 300-dən artıq ağac mövcuddur və günlərin birində onların hamısı doğrana bilər. Bütün bu məsələlərə Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun münasibətini bilmək maraqlı olardı. Zeynal Əhmədovun bu qədər sərvəti hansı yolla qazanmasına və bu sərvəti əldə edərkən dövlət büdcəsinə ödəmələri edib-etmədiyinə, eləcə də obyektlərinin vergidən yayınması haqqında məlumatlara isə Vergilər Nazirliyi aydınlqı gətirməlidir.

M. Səfəroglu,

"Yeni Sözçü” qəzeti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024