Türkiyə bayrağını yandırdılar - İraqda etiraz aksiyası
Tarix: 13-12-2015 | Saat: 08:23
Bölmə:Parlament / Şou-biznes / Aia TV / Karusel | çapa göndər
Türkiyənin Mosul şəhəri yaxınlığına hərbi texnika və şəxsi heyət göndərməsi İraqın gündəmindən düşmür.
Aia.az xəbər verir ki, rəsmi səviyyədə irəli sürülən ittihamlarla yanaşı, dini liderlər də xalqı Türkiyəyə qarşı ayağa qaldırmağa çalışır. İranın dəstəklədiyi "Mehdi ordusu" hərəkatının lideri Müqtəda Əs-Sədr tərəfdarlarının Türkiyə ilə müharibəyə hazır olduğunu bəyan edib.
"Hamı bilir ki, biz ABŞ işğalçılarına qarşı da vuruşmuşduq. İndi də Türkiyə az qala İraqı işğal edir. Türk əskərlərinin hərbi yolla ölkədən təmizləncəyi barədə söz-söhbət gəzir. Biz isə hələ ki, gözləyirik. Türklər üzərinə düşəni yerinə yetirməsə, biz də bir tədbir görəcəyik".
Dini liderin bu açıqlamalarından sonra minlərlə iraqlı paytaxt Bağdad küçələrində Türkiyəyə qarşı etiraz aksiyalarına başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan əleyhinə şüarların səsləndirildiyi mitinqdə təşkilatçıların və iştirakçıların əksəriyyətinin İran meylli dərnəklərin üzvü olması diqqət çəkib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024