Mobil versiya
Rusiyanı sevən və ən çox nifrət edən ölkələr hansılardır?
Tarix: 12-12-2015 | Saat: 20:37
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər


Pew Research Center sorğu mərkəzi dünyanın 40 ölkəsində sorğu keçirib.

Bu ölkələrdə respondentlərə Rusiyaya və Putinə necə münasibət bəslədikləri soruşulub və sorğunun nəticəsində Moskvaya ən çox nifrət edən ölkələrin siyahısı açıqlanıb.

Sorğunun nəticələrinə görə 40 ölkənin hamısında rəyi soruşulanların yalnız dörddə biri Rusiya prezidentini normal kimi qiymətləndiriblər. Geridə qalanlar isə dünyada son gedən proseslərə görə Putindən zəhlələrinin getdiyini bildiriblər.

Mərkəzin məlumatına görə, həmişə Rusiyaya yaxşı münasibət bəsləyən iordaniyalılar Putinin Suriyadakı hərbi kampaniyasından sonra Moskvaya münasibətlərini dəyişiblər.

Sorğunun nəticələrinə görə, Polşa və İordaniyada respondentlərin 80%-nin Rusiyanı sevmədikləri məlum olub.

Polşa və İordaniyadan sonra üçüncü Rusiyanı sevməyən dövlət İsrail olub. Rəyi soruşulan yəhudilərin 74%-i Rusiyanı sevmədiklərini bildiriblər.

Rusiyaya nifrət edən ölkələrin siyahısında digər faizlər isə aşağıdakı kimidir:

Yaponiya - 73%
Ukrayna - 72%
Almaniya və Fransa - 70%
ABŞ - 67%

Rusiyanı sevən dövlətlər isə bunlardır:

Vyetnam - 75%
Qana - 56%
Çin - 51%



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024