Mobil versiya
Azərbaycana turist axını artmaqda davam edir - Açıqlama
Tarix: 27-08-2018 | Saat: 15:14
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycana turist axını artmaqda davam edir - Açıqlama


Xarici ölkələrdən Azərbaycana turist axını artmaqda davam edir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Yay turizm mövsümünün ilkin nəticələri barədə danışan N.Bağırov qeyd edib ki, ümumilikdə ölkəyə turist axını 10 faiz artıb, amma bəzi ölkələr üzrə azalma müşahidə olunur:

"Ötən il olduğu kimi, bu il də Azərbaycana əsas turist axını ərəb ölkələrindən olub. Bu, Azərbaycanla ərəb ölkələri arasında yeni birbaşa aviareyslərin açılması ilə izah olunur. Küveyt, Oman, Səudiyyə Ərəbistanı kimi ölkələrdən turist axını müşahidə olunub. Eyni zamanda Birləşmiş Ərəb Əmirliklərindən turistlərin sayında azalma qeydə alınıb”.

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) turist axınının azalmasını şərh edən assosiasiya sədri bildirib ki, bu, ərəb ölkələrində turist bazarı üçün böyük rəqabətin olması ilə bağlıdır:

"Ərəb turistləri üçün rəqabət çox böyükdür və bir çox ölkələr – Qazaxıstan, Gürcüstan, Türkiyə, Rusiya və digərləri - ərəb ölkələrindən olan turistlər üçün ən yaxşı şərtləri yaratmağa çalışır. Bu yaxınlarda Azərbaycan BƏƏ vətəndaşları üçün viza rejimini sadələşdirib. Fikrimcə bu, yenidən itirilmiş mövqeləri bərpa etməyə imkan verəcək”.

N.Bağırov əlavə edib ki, ərəb ölkələri ilə yanaşı, Azərbaycana Rusiya, MDB ölkələri, eləcə də İsraildən turist axınının artımı müşahidə olunub.

Turistlərin səfərlərinin əsas istiqamətləri barədə danışan assosiasiya rəhbəri qeyd edib ki, Bakı ilə yanaşı, ölkənin regionları da populyardır:

"Bakıdan sonra qonaqlar arasında ən populyar istiqamət Qəbələ və Quba-Qusar zonasıdır. Daha sonra Şamaxı və Şəki-Zaqatala zonası gəlir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024