Yol polisi reyd keçirdi: 30 sürücü cərimələndi
Tarix: 27-08-2018 | Saat: 10:21
Bölmə:Karusel / Ölkə | çapa göndər
Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Quba Dövlət Yol Polisi Bölməsi tərəfindən rayon ərazisində reyd keçirilib.
DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə,yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Reyd zamanı 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.
Analoji tədbir Siyəzən rayonu ərazisində də keçirilib. Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayon ərazisində keçirilən reyd zamanı qayda pozan sürücülərə protokollar tərtib edilib.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər