Qanunsuz ov edən Türkiyə vətəndaşı saxlanıldı
Tarix: 11-08-2018 | Saat: 17:11
Bölmə:Karusel / Ölkə | çapa göndər
Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq hər iki nazirliyin əməkdaşları tərəfindən vətəndaşlardan daxil olmuş məlumat əsasında reyd keçirilib.
Reyd zamanı Qobustan rayonu Nardərən kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq şahin quşlarının tutulmasında şübhə yaradan “Niva” markalı 99 XR-136 dövlət qeydiyyat nişanlı avtomobil müşahidə olunub. Görülən operativ tədbirlər nəticəsində həmin avtomobil saxlanılıb.
Avtomobilə keçirilən baxış zamanı yük yerində Şahin quşlarının tutulmasında istifadə olunan kustar üsulla hazırlanmış 50 ədəd cələ, 7 dəstə cələ ilgəkləri, 3 ədəd şahin quşu papağı, 1 baş ev göyərçinin cəsədi aşkar edilərək maddi subut kimi götürülüb.
Araşdırma zamanı qanunsuz ov edən şəxsin Türkiyə vətəndaşı İssi Ercan Mehmet olduğu müəyyən edilərək onun barəsində protokol tərtib olunub.
İnzibati xəta törətdiyinə görə İssi Ercan Mehmet barəsində hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən zəruri tədbirlər görülür və bu istiqamətdə reydlər davam etdirilir.
Qeyd edək ki, Qobustan ərazisində brakonyerlərin Şahin quşunu ovlaması barədə məlumat ETSN-yə vətəndaşlar tərəfindən daxil olub. Nazirlik təbiətin mühafizəsində diqqət və dəstək göstərən belə vətəndaşlara xüsusi təşəkkürünü bildirir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024