Deputat tələb etdi: Banklarla bağlı xüsusi iclas çağırılsın
Tarix: 11-12-2015 | Saat: 17:58
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər
“Problemlər məni narahat edir”.
Azərbaycanın bank sistemində olan problemlər məni bir iqtisadçı kimi narahat edir.
V.Əhmədov bildirib ki, normal iqtisadi siyasət aparmağın əsas prinsiplərindən biri bank sisteminin yüksək səviyyədə işləməsi ilə birbaşa bağlıdır. Bunları əsas gətirən millət vəkili Azərbaycanın bank sistemində vəziyyətlə əlaqədar xüsusi iclasın keçirilməsi təklifi ilə çıxış edib:
“İstər bank faizlərinin yüksək olması, istərsə də digər problemlər, xüsusilə də fevral devalvasiyasından sonra bankların özlərində yaranmış problemlər əlbəttə bizi məcbur edir ki, biz bu sistemlə məşğul olaq. Birinci təklifim ondan ibarətdir ki, ümumiyyətlə, biz yaxın zamanda bank sistemindəki vəziyyətlə əlaqədar xüsusi iclas keçirək.
Mümkündürsə, bu məsələni plenar iclasda, yaxud komitənin iclasında müzakirəyə çıxaraq. Mən bankları günahlandırmıram, devalvasiyadan sonra onların özlərində də çox ciddi problemlər yaranıb. Bu problemləri həll etmək üçün hökumət bu işə qarışmalıdır. Mənim şəxsən bank sistemi ilə əlaqədar öz təkliflərim var. Müzakirə zamanı onları səsləndirəcəyəm. Biz öz köməkliyimizi göstərməliyik. Bankları da dinləmək lazımdır”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər