Mobil versiya
Rövşən Rzayev köçkünlərin şikayətlərini dinlədi
Tarix: 31-07-2018 | Saat: 16:47
Bölmə:Ölkə | çapa göndər

Rövşən Rzayev köçkünlərin şikayətlərini dinlədi


İyulun 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

aia.az xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.

Məcburi köçkünlərin çoxsaylı müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status məsələlələri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Bakı şəhərində müvəqqəti məskunlaşan və mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, hazırda ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar yeni mənzillərə köçürülür. Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır.

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024