Mobil versiya
Atmosferi çirkləndirən sexlə bağlı tədbirlər görüləcək
Tarix: 28-07-2018 | Saat: 16:07
Bölmə:Ölkə | çapa göndər

Atmosferi çirkləndirən sexlə bağlı tədbirlər görüləcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Bakı şəhəri Anaşkin küçəsi, 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən operativ sözügedən ünvanda monitorinq keçirilib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, Anaşkin küçəsi, 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində fəaliyyət göstərən şüşə-boru sexinin ətraf ərazisindən atmosfer havasından nümunələr götürülüb. Monitorinq zamanı atmosfer havasında olan tozun və səs-küyün sanitar norma həddini keçdiyi məlum olub.

Aromatik (qoxu) karbohidrogenlərlə bağlı götürülmüş nümunələr hazırda təhlildədir. Aparılan monitorinqlərin nəticələrinə əsasən qanunamüvafiq tədbirlər görüləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024