Mobil versiya
Ümummilli liderin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib - FOTO
Tarix: 10-12-2015 | Saat: 15:16
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


Bakı Slavyan Universitetində (BSU) Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Mərasimin əvvəlində Ümummilli lider Heydər Əliyevlə universitet kollektivinin nümayəndələrinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə BSU-nun fəxri doktoru diplomunun təqdimetmə mərasimindəki görüşünə həsr olunmuş film nümayiş edilib. Rektor, professor Asif Hacıyev BSU-nun yaradıcısı olan Ulu öndərin bu unudulmaz görüşdə universitetin fəaliyyəti, gələcək perspektivləri haqqında səsləndirdiyi fikirlərin kollektivimiz üçün fəaliyyət proqramı olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq məfkurəsinin banisi kimi möhtəşəm fəaliyyətindən, gənclərə olan qayğısından söz açıb. Ulu öndərin elm və təhsil sahəsinə xüsusi diqqətindən danışan rektor qeyd edib ki, Heydər Əliyev tərəfindən yaradılmış Bakı Slavyan Universiteti bu gün Ümummilli liderin arzu etdiyi yolla fəaliyyətini davam etdirir, respublikamızın Şərqi Avropa və slavyan ölkələri ilə əlaqələrinin genişlənməsində, Azərbaycan həqiqətlərinin xaricdə təbliğində öz rolunu oynayır. Rektor Heydər Əliyev kursunun davamçısı cənab Prezident İlham Əliyevin Bakı Slavyan Universitetinə qayğı və diqqətini əsirgəmədiyini, dövlət başçısının son illər ərzində BSU barədə imzaladığı sərəncamları dərin minnətdarlıqla tədbir iştirakçıların diqqətinə çatdırıb.

Mərasimdə iştirak edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Ulu öndər Heydər Əlyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Dövlət müşaviri bildirib ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. “Bu günkü Azərbaycan Ulu öndər Heydər Əliyevin arzu etdiyi kimidir. Heydər Əliyev quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirmişdir. Azərbaycanın ən ağır anlarında Heydər Əliyev daim xalqın yanında idi. Xalqımız çətin anlarında ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Prezident İlham Əliyev Ümummilli liderin qoyub getdiyi siyasi yolu ləyaqətlə davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan Heydər Əliyevin arzuladığı xoşbəxt gələcəyə doğru irəliləyir”.

BSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva, Sankt- Peterburq mərkəzinin rəhbəri, Leninqrad blokadası iştirakçısı dosent İrina İvanovna Qədimova, habelə BSU-nun magistrantı Cəmilə Orucova və Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin tələbəsi Ayna Salmanlı və başqaları Ümummilli lider Heydər Əliyevin hərtərəfli fəaliyyəti haqqında çıxışlar edərək, bu dahi şəxsiyyətin qoyub getdiyi irsin bugünkü və gələcək həyatımız üçün əhəmiyyətindən danışıblar.

Mərasimin sonunda Ümummilli liderin xatirəsinə həsr edilmiş slayd təqdim olunub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024