Mobil versiya
Mingəçevirdəki qəzaya səbəb nə oldu? - İLKİN RƏY
Tarix: 27-07-2018 | Saat: 11:49
Bölmə:Manşet / Ölkə | çapa göndər

Mingəçevirdəki qəzaya səbəb nə oldu? - İLKİN RƏY


"Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Energetika Nazirliyi Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırmaların ilkin nəticələri və "Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər müzakirə edilib.

"Azərbaycan” İES və Mingəçevir - Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı "Azərenerji” ASC-yə tapşırıqlar verilib. Eyni zamanda, xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına təqdim olunub.

Bundan başqa, Dövlət Komissiyasına verilmiş digər tapşırığa əsasən strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar aparılır və müvafiq təkliflər hazırlanır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024