Dərmanların keyfiyyətinə nəzarət gücləndirilib
Tarix: 10-12-2015 | Saat: 13:44
Bölmə:Qərbi Azərbaycan / Aia TV / Karusel | çapa göndər
Dərman vasitələri sahəsində milli tənzimləyici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi son zamanlar istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamalarını aparmağa başlayıb.
Aia.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov məlumat verib.
M. Süleymanovun sözlərinə görə, dərman vasitəsinin keyfiyyətinin təminatı üçün istehsalat prosesinə nəzarət etmək çox vacib bir mərhələdir: “İstehsalat müəssisəsinin yoxlanması zamanı istehsalatın bütün mərhələlərini əhatə edən proseslərin - xammalın keyfiyyəti, avadanlığın yoxlanılması, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, proseslərin validasiyası, sənədləşdirmə sistemi ÜST-ün Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice – GMP) standartlarına uyğunluğu araşdırılır.
Bu cür yoxlamalar mütəmadi olaraq aparılacaq, müəssisələrin GMP-inspeksiya planları hazırlanıb. Həmin plana əsasən, Azərbaycanda ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərin tələbləri ilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanması nəzərdə tutulub”.
M.Süleymanov əlavə edib ki, bazara çıxarılmadan öncə “Dərman vasitələri haqqında” qanuna görə dərman vasitəsi ilkin olaraq dövlət qeydiyyatı prosedurasından keçməlidir. Yəni dərman vasitəsi qanunvericiliyə uyğun olaraq müvafiq ekspertizalardan keçirilərək ölkəmizdə Dövlət Qeydiyyatına alınır, preparata qeydiyyat vəsiqəsi verilir və Dərman Vasitələrinin Dövlət Reyestrinə salınır. Yalnız bundan sonra həmin preparatın ölkəyə idxalına və istifadəsinə icazə verilir.
Apteklərin fəaliyyətinə nəzarət prosesi ilə bağlı da fikir bildirən M.Süleymanov deyib ki, əczaçılıq nəzarətinin əsas və vacib istiqamətlərindən biri də topdan və pərakəndə satış əczaçılıq müəssisələrinə nəzarətdir.
Bu məqsədlə, Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət (İnspeksiya) şöbəsi mütəmadi olaraq planlı və plandan kənar yoxlamalar həyata keçirir. Plandan kənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır: “ Cari il ərzində 113 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə inzibati xətalar məcəlləsinin 64.1 maddəsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan əlavə, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb və bir aptekin lisenziyası alınıb. Cari il aparılan yoxlamalar nəticəsində əczaçılıq bazarından 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb”.
M,süleymanov nəzərə çatdırıb ki, hal-hazırda, əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləyəcək Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının müvafiq tövsiyyələrini rəhbər tutaraq hazırlanmış ”Etibarlı aptek təcrübəsi” və “Etibarlı distributor təcrübəsi” adlı yeni tələblərin təsdiqlənmə mərhələsi aparılır.
Sonda Mərkəz direktoru qeyd edib ki, əgər vətəndaşda aldığı dərman preparatına dair hər hansı bir şübhə yaranarsa bununla bağlı Analitik Ekspertiza Mərkəzinin 596 07 12 nömrəli “Qaynar Xətt”inə müraciət edə bilər: “ Son zamanlar “Qaynar Xətt”ə daxil olan müraciətlərin sayının çoxluğunu nəzərə alaraq, həmçinin müraciət edən vətəndaşların rahatlığını təmin etmək məqsədilə Mərkəzdə yeni “Qaynar Xətt” nömrələri 594-57-27 və 594-57-37 fəaliyyətə başlayıb. “Qaynar Xətt” nömrələri həftənin iş günləri saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Bundan başqa, dərmanın əks təsirləri aşkar edildiyi halda vətəndaş Analitik Ekspertiza Mərkəzinin rəsmi internet saytındakı “onlayn” məlumat blankını doldurub bu məlumatı sonradan məktub və ya faksla Mərkəzə göndərə bilər”.
Dərmanların satılmasında YENİLİK
“Vətəndaş hər hansı dərman preparatını aptekdə tapa bilmədikdə eyni təsiredici maddəyə malik digər istehsalçıların alternativ dərman vasitəsini ala bilər”.
Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov qiymətləri Tarif (qiymət) şurası tərəfindən təsdiqlənən dərman vasitələrinin apteklərdə tapılmamağı ilə bağlı məlumatlara fikir bildirərkən deyib.
M.Süleymanov qeyd edib ki, hazırda əczaçılıq bazarında dövlət qeydiyyatına alınmış eyni təsiredici maddəyə malik müxtəlif istehsalçıların, ölkələrin fərqli adlarla bir çox sayda preparatları satışda var və vətəndaş hər hansı dərman preparatını ticarət adı ilə aptekdə tapa bilmədikdə eyni təsiredici maddəyə malik digər istehsalçıların alternativ dərman vasitəsini ala bilər: “Bütün bunları nəzərə alaraq Səhiyyə Nazirliyinin Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə“Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiqlənib. Yeni Qaydalara əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd edəcəklər. Və beləliklə də vətəndaş aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə ona məlumat veriləcək, vətəndaş da büdcəsinə uyğun olaraq dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək”.
M. Süleymanov bildirib ki, indi qarşıda duran əsas məqsəd əhalini keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələri ilə təmin etməkdir. Aparılan nəzarət tədbirləri əhalinin sağlamlığının qorunması baxımından çox vacib və mühüm bir sosial məsələdir və görülən bu işlər daim davam etdiriləcək.
Xatıraldaq ki, 2014-cü ilin 16 dekabr tarixində “Dərman vasitələri haqqında” Qanuna edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri dövlət tənzimlənməsinə aid edilib. Bundan sonra Azərbaycan Respublikasının Tarif (qiymət) şurası tərəfindən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənmə prosesinə başlanılıb və bu günə kimi 3540 adda dərman vasitəsinin qiymətləri təsdiqlənib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-12-2024