Nazirlikdən əkin sahələrini yandıranlara XƏBƏRDARLIQ: “Cərimələnəcəklər!”
Tarix: 24-07-2018 | Saat: 12:31
Bölmə:Manşet / Ölkə | çapa göndər
Son zamanlar fermerlər tərəfindən taxıl biçinindən sonra əkin sahələrinin yandırılması halları intensiv xarakter alıb.
Bu barədə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, buna səbəb fermerlərin şüurunda formalaşan yanlış təsəvvürdür:
“Belə addım atanlar hesab edir ki, biçindən sonra kövşənliyin yandırılması torpaq üçün faydalıdır. Yanmış kül doğrudan da torpaq üçün faydalıdır, amma torpağı yandıranda deyil, torpağa səpiləndə. Biçindən sonra əkin sahələrini yandıranlar anlamalıdır ki, yanğın zamanı təkcə küləş yanaraq kül olmur, yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Fermer kövşənliyi yandırarsa, növbəti il həmin sahədən əvvəlki qədər məhsul götürə bilməyəcək, çünki yanmış torpaqlar münbitliyini itirir, məhsuldarlıq avtomatik olaraq aşağı düşür. Fermerlərin nəzərinə çatdırırıq ki, əkinə¬yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə hələ ötən il torpaq qanunvericiliyinə dəyişiklik edilib, bu cür yanğınların törədilməsi qadağan olunub”.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavəyə əsasən əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə ediləcək:
“Bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə işlərini davam etdirir. Rayon (şəhər) Kənd Təsərrüfatı İdarələrinə Dövlət Fitosanitar Xidməti, Aqrolizing, Dövlət Texniki Nəzarət Xidmətinin yerli qurumları ilə birlikdə məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün mütəmadi maarifləndirici tədbirlər keçirmək tapşırılıb. Keçirilmiş maaairfləndirmə tədbirləri barədə məlumatlar fasiləsiz olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə ötürülür və təhlil olunur. Media nümayəndələrini biçindən sonra əkin sahələrinin yandırılmasına yol verməmək kimi son dərəcə mühüm əhəmiyyət kəsb edən məsələni mövzu olaraq diqqətdə saxlamağı xahiş edirik”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024