Mobil versiya
“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov
Tarix: 23-07-2018 | Saat: 15:40
Bölmə:Təhsil | çapa göndər

“Müəllimlər ödənişli təlimlərə könüllü qoşulurlar” - Cəsarət Valehov


“Ayrı-ayrı sosial şəbəkə istifadəçiləri müəllimlərin işə qəbulu imtahanlarında zəif nəticə göstərmiş namizədlər, eləcə də müsahibə mərhələsi üçün əlavə ödənişli hazırlığa cəlb olunma ilə bağlı məlumatlar verirlər. Bildirmək istərdim ki, bu məlumatların heç bir əsası yoxdur”.

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.


O bildirib ki, hazırda dövlət sifarişi əsasında regionlarda 8 fənnin (Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya, informatika) məzmunu üzrə 120 akademik saatlıq ixtisasartırma təlimlərinə start verilib.


“Təlimlər dekabr ayınadək davam edəcək. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TIPII) bu prosesin monitorinqini və yekun qiymətləndirməsini təşkil edən qurum kimi fəaliyyət göstərir.


Hazırda TİPİİ-də ödənişli əsaslarla təqdim edilən proqramların isə bu işə heç bir aidiyyəti yoxdur. Ödənişli təlimlərə müəllimlər könüllü qoşulurlar. Məsələn, "Həyat bilgisinin tədrisi metodikası" proqramı müəllimlərin çoxsaylı müraciətlərinə əsasən hazırlanıb və uğurla həyata keçirilir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5435 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}