Mobil versiya
Flora Kərimova: “İstəyirəm bir küncə qısılam, öləm”
Tarix: 23-07-2018 | Saat: 14:46
Bölmə:Karusel / Aia TV | çapa göndər

Flora Kərimova: “İstəyirəm bir küncə qısılam, öləm”


Bu gün məşhur xalq artisti Flora Kərimovanın 77 yaşı tamam olur. Sənətkar 1941-ci ildə Bakıda anadan olub. O, 1964–cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977 Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən sonra Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub.

Klassik Avropa operası ( nümunə üçün "Qayınana" filmində "Dilbərin" ariyası , "Sular qızı" romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun " Leyli və Məcnun " operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet Estradası ) janrlarının ustad ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir. Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun" operasında Leyli kimi çıxış edib.

"Qanun naminə" (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, dünyada yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Ailəli olub, bir qızı var.


Modern.az saytı doğum günündə Xalq artisti ilə əlaqə saxlayaraq, təəssüratlarını öyrənib.


Lakin Flora Kərimova doğum gününü qeyd etmədiyini bildirib:


“Bilirsiniz, bu gün həm də Ağdamın işğal günüdür. Təbrikləri qəbul edirəm, hamıya diqqətləri üçün təşəkkür edirəm , ancaq doğum günüm Ağdamın işğal gününə təsadüf edəndən bəri qeyd etmirəm”.


Xalq artisti “Yeni yaşınızdan gözlədiyiniz nəsə varmı” sualına cavab verərkən kövrəlib:


“Ümidimi itirmişəm. İstəyirəm bir küncə qısılam, öləm. Bir var insanın birdən canı çıxa, bir də var yavaş-yavaş. Mən yavaş-yavaş ölürəm, hələ də göydən yapışmışam ki, yox, aparma. Biz onurğasız insanıq. Millətim haqqında bu sözü deyə bilmərəm, Allah eləməsin. Çünki şəhidlərimizin ruhu bir millət olaraq bizim üzümüzü ağardıb. Ancaq fərd kimi biz onurğasızıq.

Məni sevən dinləyicilərimin, tamaşaçılarımın olması xoşbəxtlikdi, naxışdı. Onu verən Allah mənim vətənimi də qaytarmalı idi. Allah üzünü bizə döndərsin”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə