Mobil versiya
Bakıda dəhşətli hadisədə ölən qızın adı AÇIQLANDI - YENİLƏNİB
Tarix: 17-07-2018 | Saat: 17:15
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Bakıda dəhşətli hadisədə ölən qızın adı AÇIQLANDI - YENİLƏNİB




Bu gün Bakı şəhərinin Yasamal rayonunda 18 yaşlı qızın özünü 17-ci mərtəbədən ataraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar dəqiqləşib. Lent.az xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində - Əsəd Əhmədov küçəsində “Şərur MTK”ya məxsus kompleksdən özünü ataraq intihar edən 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızının hadisə vaxtı aşağı mərtəbədəki kondisionerə çırpıldığı və paltarının oraya ilişməsi səbəbindən alt paltarı ilə yerə çırpıldığı məlum olub. Onun kondisionerin dirəyinə ilişmiş paltarı maddi sübut kimi götürülüb.



Bildirilir ki, N.Vəliyevanın son günlərdə ailədə bəzi problemləri olub və evi tərk edib



Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.







*****



14:56



Bu gün Bakı şəhərinin Yasamal rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızın şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində, “Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.



Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.



Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.



Qeyd edək ki, hadisə barədə ilk məlumatı Sputnik yayıb. Bildirilib ki, intihar edən qız alt paltarında olub və həmin binada yaşamırmış.

aia.az

[media=https://www.youtube.com/watch?v=9nLwTNaWIZM]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024