Mobil versiya
Bacısını öldürən qardaş, toyu yasa döndərən qonaq tutuldu - KRİMİNAL
Tarix: 13-07-2018 | Saat: 11:03
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bacısını öldürən qardaş, toyu yasa döndərən qonaq tutuldu - KRİMİNAL


İyulun 12-də saat 6 radələrində Yasamal rayonunun 1-ci Alatava yaşayış sahəsində Xızı rayon sakini Xanım Bayramovanın kirayədə yaşadığı evdə qardaşı, əvvəllər məhkum olunmuş Səid Bayramov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. X.Bayramova xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Bayramov Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.


***


İyulun 9-da saat 23 radələrində Neftçala rayon sakini Azər Əliyev Şirvan şəhəri ərazisindəki şadlıq saraylarının birində aldığı bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölmüş, Sabirabad rayon sakini Teymur Həsənov isə əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir.


Şirvan və Mingəçevir Şəhər Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Fuad Əsgərov Mingəçevir şəhərinin ərazisində saxlanılıb.


***


İyulun 12-də saat 4 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisindən qəsəbə sakini Hacıağa Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini Mircəlal Süleymanov saxlanılmışdır.

Hər üç faktla bağlı cinayət işləri başlanılıb. İstintaq aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024