Mobil versiya
Türkiyədə şəhər mərkəzi döyüş meydanına çevrildi
Tarix: 09-12-2015 | Saat: 00:24
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər

Türkiyədə şəhər mərkəzi döyüş meydanına çevrildi

7 gündür fövqəladə vəziyyət elan edilən Diyarbəkr vilayətinin Sur mahalında PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, davamlı olaraq bölgədən silah və partlayış səsləri eşidilir. Yerli media qarşıdurmalar Diyarbəkr şəhərinin mərkəzinə keçib. Polis yolları barrikadalarla bağlamaq istəyən qruplara gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

Səlahiyyətlilər əməliyyatlarda bu günə qədər 10 PKK-çının öldürüldüyünü bildirib.

Surda yaşayan bəzi vətəndaşlar polisə zəng edərək bölgədən çıxmaq üçün kömək istəyib. Polis həmin vətəndaşları zirehi avtomobillərlə mahaldan kənara çıxarıb.

Mardin vilayətinin Nusaybin mahalında baş verən qarşıdurmada isə 2 xüsusi hərəkat polisi yaralanıb. Yaralılardan biri həkimlərin müdaxiləsinə rəğmən dünyasını dəyişib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə