Nazir Sahil Babayev: “Özəl pensiya fondlarının yaradılması gündəmdədir”
Tarix: 11-07-2018 | Saat: 11:46
Bölmə:Manşet / Ölkə | çapa göndər
“Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün heç bir məhdudiyyətlər yoxdur. Bu səbəbdən də özəl pensiya fondlarının yaradılması gündəlikdə olan məsələdir”.
Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazir deyib ki, bu iş kompleks şəkildə araşdırılmalıdır:
“Bu, qısamüddətli araşdırma ilə aparılan məsələ deyil. Məsələnin araşdırılması uzun müddət tələb edir. Ümumilikdə Azərbaycan özəl pensiya fondunun inkişafında maraqlıdır. Bu, Azərbaycanda özəl sektorun inkişafına dəstək olacaq. İndi Azərbaycanda həyat sığortası mövcuddur ki, bu da özəl pensiya fondlarının alternatividir. Ölkədə özəl pensiya fondlarının yaradılması üçün nazirlik özəl sektordan təkliflər gözləyir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər