ATU tələbələri beynəlxalq sammitdə uğur qazandılar
Tarix: 10-07-2018 | Saat: 15:49
Bölmə:Təhsil | çapa göndər
3-6 iyul 2018-ci il tarixlərində Krasnodar vilayətinin Soçi şəhərində “Yaxşıların seçimi. İrəli getmək zamanıdır” adlı II Beynəlxalq ali məktəblərarası GxP-sammiti keçirilib. Bu beynəlxalq tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsinin tələbələri də iştirak ediblər.
ATU tələbələrindən ibarət nümayəndə heyətinin rəhbəri - farmakoqnoziya kafedrasının dosenti, əczaçılıq fakültəsinin TEC-nin rəhbəri Nərgiz Məmmədovanın sözlərinə görə, sammit Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Dərman vasitələri və müvafiq təcrübələr üzrə Dövlət İnstitutu, Krasnodar vilayətinin rəhbərliyinin dəstəyi ilə “Putivodnaya zvezda” (“Yolgöstərən ulduz”) xeyriyyə fondu tərəfindən təşkil olunub.
Beynəlxalq ali məktəblərarası sammitinin keçirilməsinin əsas məqsədi əczaçılıq sənayesini öz ixtisas yolu kimi seçmiş istedadlı gənclər arasında kadr ehtiyatının aşkarlanması, müxtəlif ölkələr arasında bu sahədə əməkdaşlığının möhkəmləndirilməsinə zəmin yaradılmasından ibarət olub.
Sammitin işində iştirak edən ATU tələbələri –Qəmər Məmmədbəyli, Rufana Usubova, Firuzə Məmmədova, aspirantlar Emilya Balayeva və Aytəkin Qəribli əczaçılığın müxtəlif sahələri üzrə öz elmi işlərini təqdim ediblər. Müsabiqəyə Rusiya, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus, Hindistan və digər ölkələrdən 500 elmi iş göndərilib. Onlardan seçilən 150 iş arasında ATU tələbə və aspirantların da işləri olub.
Müsabiqənin ikinci mərhələsində ATU nümayəndələri Soçinin “Roza Xutor” istirahət məkanına yola düşdülər. Sammitin açılış mərasimində dosent Nərgiz Məmmədova tədbir iştirakçılarına ATU rektoru, professor Gəray Gəraybəlinin təbrik məktubunu oxuyub. Həmçinin, üzərində ATU-nun adı olan “yarpağı” “Bilik Agacı”nın üzərindən asıb.
Müsabiqənin ikinci mərhələsində test ilə situasiyaya uyğun məsələlərin həllindən və « Qış yaxınlaşır»(«Зима близко») adlı işgüzar oyundan ibarət olub. Ümumilikdə, ATU-nun tələbələri universiteti layiqincə təmsil ediblər. belə ki, ATU-nun tələbələri işgüzar oyunda 3-cü yeri tutublar. III kurs 845-ci qrupun tələbəsi Rryfana Usubova isə uğurlu nəticələrinə görə “R-FARM” şirkəti tərəfindən xüsusi hədiyə ilə təltif olunub. Ümumilikdə, ATU-dan olan iştirakçılarınn hamısına diplomlar təqdim olunub. ATU nümayəndə heyətinin üzvləri Beynalxalq Əczaçı Tələbələr Federasiyasına (İPSF) üzvlük, müxtəlif beynalxalq konfranslarda iştirakla bağlı dəvət alıblar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər