Mobil versiya
Elmar Vəliyevin sağlıq durumu niyə gizli saxlanılır? - ZİDDİYYƏTLİ MƏLUMATLAR
Tarix: 07-07-2018 | Saat: 11:40
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Elmar Vəliyevin sağlıq durumu niyə gizli saxlanılır? - ZİDDİYYƏTLİ MƏLUMATLAR


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılsa da, rəsmi açıqlama verilməməsi diqqət çəkir.

BakuPost xəbər verir ki, bəzi yerlərdə onun öldüyü, bəzi yerlərdə Türkiyədən gələn həkimlər tərəfindən əməliyyat edildiyi, digərlərində isə İsrailə aparıldığı bildirilir.

Lakin icra başçısının ölüb-ölmədiyinə dair heç bir rəsmi məlumat yoxdur. Düzdür, rəsmi qurumlar onun həyatda olduğunu bildirir. Ancaq bu məlumdur ki, DİN-in yaydığı ilkin məlumatda Vəliyevin xəsarət almadığı bildirilsə də, sonradan onun da hadisə zamanı yaralandığı açıqlanmışdı.

Digər bir ziddiyyət: REAL TV-nin rəhbəri Mirşahin Ağayev Elmar Vəliyevlə danışdığını və vəziyyətinin yaxşı olduğunu bildirir, lakin deputat Siyavuş Novruzov 25 illik dostu olan icra başçısı ilə danışa bilmədiyini açıqlayır. Elmar Vəliyev danışacaq haldadırsa, hakim partiyanın nüfuzlu şəxsi, bir deputat, icra başçısıyla illərlə çörək kəsmiş şəxs onunla niyə danışa bilmir? Danışacaq halda deyilsə və ağır yaralıdırsa, bu məlumat niyə gizlədirilir?

Ən son yayılan xəbərlərdə isə bildirilir ki, icra başçısı artıq müalicə üçün İsrailə aparılıb. Bu xəbərin doğruluğuna inansaq, onu əminliklə deyə bilərik ki, Vəliyevin səhhəti heç də deyildiyi kimi yaxşı deyil, hətta ağırdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024