Mobil versiya
Yardımlı meşəsindəki yanğın məhdudlaşdırıldı - Nazirlik
Tarix: 07-07-2018 | Saat: 11:31
Bölmə:Manşet / Ölkə | çapa göndər

Yardımlı meşəsindəki yanğın məhdudlaşdırıldı -  Nazirlik


İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğın məhdudlaşdırılıb.



Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, ərazidə açıq alov yoxdur, bəzi yerlərdə tüstülənmə mənbələri var. Hazırda həmin tüstülənmə mənbələrinin söndürülməsi işləri həyata keçirilir.



Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlı ərazi olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 90 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 180 nəfər əməkdaşı və yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024